Daxil ol

Logistika üzrə Satış Mütəxəssisi

Nəqliyyat, planlama və logistika
Bakı
1000₼ / Aylıq
Vakansiyaya Müraciət Et

Paylaşılıb: 5 gün əvvəl

Təsvir:

• Yeni potensial müştərilərin axtarışı və cəlb edilməsi, mövcud müştəri bazasının genişləndirilməsi, satış həcminin artırılması və müştəri sorğularının təhlili, fərdi təkliflərin hazırlanması • Müştərilərlə görüşlərin təşkili, təqdimatlar keçirmək, işgüzar danışıqlar aparmaq və yazışmaları idarə etmək; müştəri ehtiyaclarına uyğun həllərin təqdim olunması • Satış sənədlərinin (müqavilə, invoys, akt və s.) hazırlanması, imzalanması, icrasına və ödənişlərin vaxtında həyata keçirilməsinə nəzarət • Satış planlarının hazırlanması və icrası, sifarişlərin izlənməsi, çatdırılma mərhələlərinin koordinasiyası və müştəri məmnuniyyətinin təmin edilməsi; uzunmüddətli əməkdaşlığın qurulması və satış sonrası dəstəyin idarə olunması • Rəqiblər və bazar tendensiyalarının analizi, bazar proseslərinin və qiymət strategiyalarının izlənməsi, satış strategiyalarının təkmilləşdirilməsi, əlavə xidmətlərin və kampaniyaların hazırlanmasında iştirak • Şirkət daxili təklif və qiymət formalarının hazırlanması və koordinasiyası; gündəlik qiymət araşdırmaları və analizlər aparmaq • Şirkətə aid məlumatların məxfiliyinin qorunması və rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlərin icrası

Tələblər:

• Namizəd: Xanım • Yaş həddi: 23-35 • Ali təhsil (Logistika, Biznesin idarə edilməsi və ya əlaqəli sahələr üstünlükdür) • Korporativ satış üzrə minimum 3 illik təcrübə (beynəlxalq logistika və gömrük prosedurları üzrə satış üstünlükdür) • Rus dili biliyi mütləq, ingilis dili arzuolunandır • MS Office proqramlarında bilik (Excel, Word, Outlook və s.); yüksək yazılı və şifahi kommunikasiya və təqdimat bacarığı

Qeyd:

• İş qrafiki: 5 günlük, 09:00–18:00 • Əmək haqqı: 1000 + Bonus Ünvan: Tbilisi Prospekti