Daxil ol

Mühasib

Maliyyə xidmətləri
Bakı
500₼ - 700₼ / Aylıq
Vakansiyaya Müraciət Et

Paylaşılıb: 3 gün əvvəl

Təsvir:

• Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat və vergi uçotu hesabında düzgün əks etdirilməsini təmin etmək • 1C proqramında əməliyyatların işlənilməsi və yoxlanılması • Mühasibat və vergi uçotunun aparılma qaydalarına uyğun müəssisənin uçotunun qurulması • Baş mühasibin və aparıcı mühasibin tapşırıqlarını yerinə yetirmək • Rəsmi daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında uçotda əks etdirilməsini təmin etmək • Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsinə nəzarət • Kreditor və debitorlarla hesablamaların qeydiyyatını aparmaq • Elektron qaimə faktura və hesab fakturaların işlənməsi • Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması • Ödəmə hesablarının hazırlanması və müştərilərə təqdim edilməsi • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin icrasına nəzarət sistemini qurmaq

Tələblər:

• Yaş həddi: 23-30 • Ali təhsil (Maliyyə/Mühasibat) • Müvafiq sahədə 1 ildən artıq iş təcrübəsi • MS Office (xüsusilə Excel) və 1C proqramları üzrə qabaqcıl istifadə biliyi • Gündəlik iş prosesində bilikləri müstəqil tətbiq etmək bacarığı

Qeyd:

• İş rejimi: 6 günlük (6-cı gün: 09:00-13:00) • Əmək haqqı: 500-700 AZN (Namizədin bilik və bacarığına uyğun olaraq müsahibə əsasında müəyyən olunacaq) Ünvan:Nəriman Nərimanov, Əhməd Rəcəbli Qeyd: Yalnız uyğun olan namizədlərlə əlaqə saxlanılacaq