Hüquqşunas
Hüquq və məhkəmə xidmətləri
Xankəndi
1800₼ - 2000₼ / Aylıq
Paylaşılıb: 6 gün əvvəl
Təsvir:
İşin təsviri: * Klinikanın fəaliyyətində hüquqi risklərin minimallaşdırılması məqsədilə hüquqi rəy və dəstəyin təmin edilməsi, struktur bölmələrlə qarşılıqlı hüquqi əməkdaşlığın qurulması; * Müəssisənin hüquq və qanuni mənafelərinin müdafiəsi prinsipinə əsaslanaraq, üçüncü şəxslərlə (dövlət və qeyri-dövlət qurumları, fiziki və hüquqi şəxslər) münasibətlərin hüquqi tənzimlənməsi, bununla bağlı rəsmi müraciətlərin hazırlanması, zəruri hallarda görüş və ezamiyyətlərin həyata keçirilməsi; * Birbaşa rəhbərliyin tapşırığı əsasında hüquqi şəxsin təsis və digər sənədlərinin hazırlanması, dəyişikliklərin edilməsi, yeni hüquqi şəxslərin yaradılması və dövlət qeydiyyatına alınması üzrə hüquqi prosedurların icrası; * Klinikada qəbul olunan normativ sənədlərin qüvvədə olan qanunvericiliyə uyğunluğuna dair hüquqi ekspertiza və rəyin verilməsi; * Hüquqi rəy və əsaslandırılmış yazılı təqdimatların hazırlanması; * Klinikaya məxsus daxili normativ sənədlərin (əmr, təlimat, əsasnamə, qayda və s.) hüquqi ekspertizasının aparılması və zərurət olduqda layihələndirilməsində iştirak; * Müqavilələrin (xüsusilə mülki-hüquqi müqavilələrin) layihələrinin hazırlanması, qarşı tərəf tərəfindən təqdim olunmuş layihələrin hüquqi baxımdan təhlili və düzəlişlərlə bağlı təkliflərin hazırlanması; * İşçi münasibətləri, əmək mübahisələri və digər daxili hüquqi məsələlərə dair hüquqi rəyin hazırlanması; * Müəssisənin hüquq-mühafizə orqanlarında təmsil olunması, zəruri hüquqi tədbirlərin həyata keçirilməsi; * Qüvvədə olan qanunvericilikdə baş verən dəyişikliklərin monitorinqi və uyğun hüquqi tədbirlərin planlaşdırılması və həyata keçirilməsi ilə bağlı təkliflərin verilməsi.
Tələblər:
Tələblər: * Ali hüquq təhsili (bakalavr və ya magistr); * Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər aidiyyəti normativ-hüquqi aktlar üzrə dərin biliklərə malik olmaq; * Hüquq sahəsində, xüsusilə dövlət qurumlarında azı 3 (üç) il peşəkar iş təcrübəsi; * Normativ-hüquqi aktlar və müqavilələrlə iş sahəsində təcrübə; * Hüquqi yazışma və hüquqi nitq bacarıqları; * Sənədlərin tərtibatı, qeydiyyatı və sistemləşdirilməsi üzrə bilik və bacarıqlar; * Azərbaycan dilində sərbəst yazı və şifahi nitq bacarığı, ingilis dili biliyi arzuolunandır; * Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı; * Yüksək analitik düşüncə, təşəbbüskarlıq, məsuliyyətlilik və komandada işləmək bacarığı.
Qeyd:
• Əmək haqqı:1800-2000 AZN • Yaşayış yeri ilə təmin olunma • İş yeri: Xankəndi