Satınalma üzrə mütəxəssis
İnzibati, biznes və idarəetmə
Xankəndi
1500₼ / Aylıq
Paylaşılıb: 6 gün əvvəl
Təsvir:
İşin təsviri: * Klinikada satınalma fəaliyyətinin planlaşdırılmasında iştirak etmək, struktur bölmələrin tələbatlarının əvvəlcədən müəyyən olunması məqsədilə müvafiq məlumatların toplanması; * İllik satınalma planının hazırlanması və Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən müəyyən edilmiş müddət çərçivəsində Dövlət Satınalmalarının Vahid İnternet Portalında yerləşdirilməsinin təmin edilməsi; * Satınalma prosedurlarına dair Əsas Şərtlər Toplusunun hazırlanması; * Elektron satınalma portalında müvafiq elanların yerləşdirilməsi; * Satınalma prosesində ehtimal olunan qiymətin müəyyən edilməsi məqsədilə bazar araşdırmalarının aparılması və qiymətləndirmə sənədlərinin təsdiqlənməsi; * İxtisaslaşmış təchizatçıların müəyyən olunması, onların siyahısının hazırlanması və dəvət məktublarının göndərilməsi; * Satınalma prosedurlarının həyata keçirilməsi, tender sənədlərinin, iclas və yekun protokollarının hazırlanması və komissiya tərəfindən təsdiqi prosesinin təşkili; * Yekun protokolların aidiyyəti üzrə dövlət orqanına təqdim edilməsi və qeydiyyat prosesinə nəzarət; * Satınalmaların nəticələri ilə bağlı bildirişlərin və müqavilə məlumatlarının müəyyən olunmuş müddətdə elektron portalda yerləşdirilməsi, həmçinin iştirakçı şirkətlərə rəsmi məlumatın verilməsi; * Satınalma komissiyasına daxil olan sorğuların cavablandırılması və iştirakçılarla effektiv kommunikasiyanın təmin edilməsi; * Hesab-faktura və aktların müqavilə öhdəliklərinə uyğunluğunun yoxlanılması; * Dövlət büdcəsi layihəsinin hazırlanmasında iştirak.
Tələblər:
Tələblər: * Ali təhsil (maliyyə, iqtisadiyyat və ya müvafiq sahələr üzrə); * Dövlət satınalmaları sahəsində minimum 2 il iş təcrübəsi; * Azərbaycan Respublikasının "Dövlət Satınalmaları Haqqında" Qanununu və müvafiq normativ aktları bilməli; * etender.gov.az portalı ilə işləmək bacarığı; * Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı (Rus və İngilis dillərini bilməsi üstünlükdür); * MS Office proqramlarında (xüsusilə Word və Excel) və ERP sistemlərində sərbəst işləmək bacarığı.
Qeyd:
• Əmək haqqı:1500 AZN • Yaşayış yeri ilə təmin olunma • İş yeri: Xankəndi