Daxil ol

Baş mühasib

Maliyyə xidmətləri
Sumqayıt
1700₼ - 2000₼ / Aylıq
Vakansiyaya Müraciət Et

Paylaşılıb: 1 gün əvvəl

Təsvir:

• Maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunu təşkil etmək; • Təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi, ona nəzarət, operativ məlumatların təqdim edilməsi, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim etmək; • Əsas vəsaitlərin, maddi-əmtəə sərvətlərinin və pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatların mühasibat uçotu hesablarında vaxtında əks etdirilməsinə nəzarət etmək; • Vergi orqanlarına qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vergi hesabatlarını (ƏDV, ÖMV, əmlak, statistik hesabat, mənfəət vergisi hesabatı) təqdim etmək; • Şirkətin bank hesabları üzrə aparılan maliyyə və hesablama əməliyyatların operativ uçotunun aparılmasını təmin etmək; • Müqavilələr əsasında alınan malların və xidmətlərin dəyərinin vaxtında ödənilməsini təmin etmək; • Şirkətin maliyyə vəziyyəti, daxil olan pul vəsaitləri, keçirilən maliyyə əməliyyatları və debitorlar barədə məlumatları hazırlayıb rəhbərliyə təqdim etmək; • Müştəri və biznes üzrə digər partnyorlara hesabları təqdim etmək, qarşılıqlı hesabları tutuşdurmaq; • Xəzinə, təsərrüfat və bank əməliyyatların, əsas vəsaitlərin və öhdəliklərin, qeyri-material aktivlərin, az dəyərli əşyaların, material ehtiyatların və hesab-fakturaların uçotunu aparmaq; • Dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarətini təmin etmək.

Tələblər:

• Namizəd:Bəy • MMC-nin yaradılmasında iştirak etmiş və təcrübəsi olan biri • Təhsil: Ali iqtisadi təhsil (Maliyyə, Mühasibat uçotu və İqtisadi təhsil sahələrdə bakalavr dərəcəsi); • İş təcrübəsi: Ticarət sahəsi üzrə 5 ildən az olmayaraq iş stajı; • Dil bilikləri: Azərbaycan dilində mükəmməl danışıq, Rus və ingilis dili üstünlükdür • Kompüter bacarıqları: MS Office proqramlarını (yüksək səiyyədə EXCEL bilikləri) • Vergi məcəlləsi, Əmək məcəlləsi, Mülki Məcəllə və digər qanunlar və qanunvericilik aktları üzrə biliklər • Bütün növ elektron vergi və dövlət portalları ilə işləmə təcrübəsi • PMS sertifikatının olması arzuolunandır • Yaş həddi; 30-40

Qeyd:

📍 İş yeri: Sumqayıt,STP zavodu yaxınlığı 🕘 İş qrafiki: 6 gün 📍 Əmək haqqı 1700-2000 AZN