Daxil ol

Mühasib

Maliyyə xidmətləri
Bakı
1000₼ - 1500₼ / Aylıq
Vakansiyaya Müraciət Et

Paylaşılıb: 3 gün əvvəl

Təsvir:

• Mühasibat, vergi uçotu, DSMF və Statistika hesabatları üzrə əməliyyatların dəqiq və vaxtında aparılmasını təmin etmək; • Müəssisənin bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotunun tələblərinə uyğun şəkildə 1C (8.3) proqram təminatında düzgün əks olunmasına nəzarət etmək; • Elektron portallarda (e-taxes, e-gov, e-statistika və s.) hesabatların və əməliyyatların icrasını həyata keçirmək; • ƏDV, ÖMV, Mənfəət və digər vergi bəyannamələrini hazırlamaq, qanunvericiliklə müəyyən edilmiş müddətlərdə müvafiq dövlət orqanlarına təqdim etmək; • DSMF və Dövlət Statistika Komitəsinə dair hesabatların tərtib olunmasını və vaxtında göndərilməsini təmin etmək.

Tələblər:

• Ali təhsil; • Müvafiq sahədə ən azı 2-3 il peşəkar iş təcrübəsi (Tikinti sektorunda təcrübə üstünlük sayılır); • 1C (8.3) proqram təminatında mükəmməl bilik və təcrübə; • MS Office proqramlarında, xüsusilə Excel-də yüksək səviyyəli bacarıqlar; • Azərbaycan Respublikasının Vergi Məcəlləsini və əlaqədar normativ-hüquqi aktları dərindən bilmək; • Elektron portallarda hesabatlılıq və əməliyyatların aparılması üzrə təcrübə; • Azərbaycan dilində mükəmməl yazı və danışıq bacarığı, rus dili biliyi üstünlükdür.

Qeyd:

📍 Əmək haqqı: 1000-1500 AZN 📍 İş rejimi: 5 gün/ həftə, 09:00 – 18:00 📍 Ünvan: Bakı şəh, Nərimanov ray.,Heydər Əliyev pr