Daxil ol

Sahə Memarı

İnşaat və tikinti
Bakı
2200₼ - 2500₼ / Aylıq
Vakansiyaya Müraciət Et

Paylaşılıb: 1 gün əvvəl

Təsvir:

• Tikinti obyektlərində memarlıq layihələrinin icrasına birbaşa nəzarət etmək və layihə tələblərinə uyğunluğu təmin etmək; • Layihə sənədlərinin (memarlıq, konstruksiya, MEP və s.) icra prosesində düzgün tətbiqini izləmək; • Obyektdə memarlıq hissə üzrə görülən işlərin keyfiyyətinə, həcminə və texniki normalara uyğunluğuna nəzarət etmək; • Layihə ilə faktiki icra arasında fərqləri müəyyən edib, düzəliş təkliflərini hazırlamaq; • Müxtəlif podratçı və subpodratçı təşkilatlarla işin koordinasiyasını təmin etmək; • Layihə ofisi ilə sahə arasında daimi məlumat axınını təşkil etmək; • Gündəlik və həftəlik sahə hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək; • Tikinti prosesində baş verən texniki və memarlıq problemləri vaxtında aşkar edib, operativ həll yolları tapmaq; • Sahədə işçilərin təhlükəsizlik qaydalarına riayət etməsini təmin etmək; • Layihə qrafikinə uyğun olaraq işlərin mərhələli şəkildə və vaxtında icrasını təmin etmək.

Tələblər:

• Memarlıq ixtisası üzrə ali təhsil (bakalavr və ya magistratura); • Tikinti sahəsində ən azı 3–5 il təcrübə, o cümlədən iri inşaat və yaşayış kompleksi layihələrində sahə memarı və ya aparıcı memar kimi iş təcrübəsi; • AutoCAD, Revit, ArchiCAD, SketchUp, MS Project, Excel proqramlarında sərbəst işləmək bacarığı; • Layihə sənədləri, normativ aktlar və tikinti standartları haqqında dərin biliklər; • İcra zamanı texniki çertyojları oxuma və real sahə şəraitində düzgün tətbiqetmə bacarığı; • Komanda ilə işləmək, məsuliyyət, operativlik və problem həll etmə bacarığı; • İş sahəsində intizamlı, liderlik keyfiyyətlərinə malik, qərarvermə bacarığı yüksək olan şəxs; • Eyni anda bir neçə layihə üzrə nəzarət işlərini idarə etmək bacarığı üstünlük sayılacaq.

Qeyd:

• İş rejimi : 6 gün • İş qrafiqi: 09:00-18:00 • Əmək haqqı: 2200-2500 AZN • Ünvan: Nardaran