Maliyyə üzrə Mütəxəssis
Maliyyə xidmətləri
Bakı
700₼ - 900₼ / Aylıq
Paylaşılıb: 22 saat əvvəl
Təsvir:
• Şirkətin maliyyə əməliyyatlarının uçotunun aparılması, 1C (8.3) proqramında düzgün əks etdirilməsi, gündəlik monitorinqin və maliyyə nəzarətinin təmin edilməsi • Maliyyə hesabatlarının (gəlir-xərc, pul axını, balans) hazırlanması, təhlili və rəhbərliyə mütəmadi hesabatların və analitik rəylərin təqdim edilməsi • Büdcə planlarının tərtibi, icranın izlənilməsi və büdcə göstəriciləri üzrə kənarlaşmalar barədə analitik məlumatların hazırlanması • Vergi, DSMF və Dövlət Statistika Komitəsi üçün tələb olunan maliyyə məlumatlarının hazırlanmasında iştirak • Vergi və digər dövlət qurumlarının maliyyə xarakterli sorğularının izlənilməsi və cavablandırılmasında iştirak • Maliyyə və vergi qanunvericiliyindəki dəyişikliklərin izlənilməsi, tətbiqi, daxili maliyyə nəzarəti və risklərin qiymətləndirilməsində iştirak
Tələblər:
• Yaş həddi: 25–35 • Ali təhsil ( Maliyyə və ya Mühasibat Uçotu) • Rus dilində səlis ünsiyyət bacarığı • Maliyyə sahəsində minimum 2–3 il iş təcrübəsi (Bank və BOKT təcrübəsi üstünlük sayılır) • 1C (8.3), MS Excel və digər MS Office proqramlarında yüksək səviyyəli bilik və praktik bacarıqlar • Maliyyə hesabatlarının hazırlanması və təhlili üzrə peşəkar yanaşma, Vergi Məcəlləsi üzrə baza bilikləri
Qeyd:
• İş rejimi: 5 günlük, 09:00-18:00 • Əmək haqqı: 700–900 AZN Ünvan: Nəriman Nərimanov, Əhməd Rəcəbli Qeyd: Yalnız uyğun olan namizədlərlə əlaqə saxlanılacaq