Daxil ol

Mühasib

Maliyyə xidmətləri
Bakı
1000₼ - 1500₼ / Aylıq
Vakansiyaya Müraciət Et

Paylaşılıb: 22 saat əvvəl

Təsvir:

• Mühasibat uçotu üzrə ilkin sənədləşməni təşkil etmək • Daxil olan və çıxan pul vəsaitinin uçotunu aparmaq; mühasibat uçotu hesablarında hərəkətini, istehsal dövriyyəsini və xərcləri izləmək; xərclər smetasını hazırlamaq • Rəsmi hesabatların (Mərkəzi Bank, Vergi, DSMF, Statistika) hazırlanması və təqdim olunmasını təmin etmək (aylıq, rüblük və illik) • Gəlir və xərclərin təhlili, aylıq və illik maliyyə nəticələrinin hazırlanmasını həyata keçirmək • Hesabat sənədlərinin düzgün tərtib olunmasını və məlumatların doğruluğunu təmin etmək • Kassa və bank əməliyyatlarını həyata keçirmək, qaimə və vergi hesab-fakturalarını yazmaq, qarşılıqlı hesablaşma və üzləşmə aktlarını tərtib etmək • Təhtəl hesablaşmalar üzrə əməliyyatlara nəzarət etmək və mühasibat uçotunda əks etdirmək • Proqrama daxil edilən məlumatların layihələr üzrə bölgüsünü təmin etmək • Vergilərin düzgün və vaxtında ödənilməsinə nəzarət etmək • Bütün maliyyə-mühasibat əməliyyatlarının uçotunu aparmaq və Logo proqramına daxil edilməsini təmin etmək

Tələblər:

• Namizəd: Xanım • Yaş həddi: 30-40 • Ali təhsil (Maliyyə və ya Mühasibat Uçotu) • Mühasibatlıq sahəsində minimum 3 il iş təcrübəsi • Vergi qanunvericiliyi və mühasibat uçotu üzrə yüksək bilik, MS Office proqramlarından effektiv istifadə bacarığı

Qeyd:

• İş rejimi: 6 günlük • Əmək haqqı: 1000-1500 AZN • İstirahət günü: həftəiçi Ünvan: Nərimanov rayonu, Balaəli Dadaşov Qeyd: Yalnız uyğun olan namizədlərlə əlaqə saxlanılacaq