Beynəlxalq Satış Koordinatoru
Satış
Bakı
1000₼ - 1100₼ / Aylıq
Paylaşılıb: 18 saat əvvəl
Təsvir:
• Beynəlxalq müştərilərlə B2B formatında işləmək • Gələn sorğuların qəbul edilməsi və operativ şəkildə işlənməsi • Beynəlxalq tenderlərdə iştirak və tender proseslərinin izlənilməsi • Kommersiya təkliflərinin hazırlanması və təqdim edilməsi • Daxili şöbələrlə effektiv koordinasiyanın təmin edilməsi • Müştəri ilə bütün əməliyyat mərhələlərində daimi əlaqənin saxlanılması • Lokal bazardan kənarda müştəri bazasının formalaşdırılması və inkişaf etdirilməs
Tələblər:
• Yaş həddi:25-40 • Ali təhsil (biznes, iqtisadiyyat, beynəlxalq ticarət sahələri üstünlükdür) • Satış və ya satış koordinasiyası sahəsində minimum 2-3 il iş təcrübəsi • Beynəlxalq müştərilərlə yazışma təcrübəsi • İngilis dili C1 səviyyəsində mütləqdir, Rus dili biliyi üstünlükdür • Kommersiya təkliflərinin hazırlanması bacarığı, müqavilə strukturlarını anlama qabiliyyəti • Incoterms 2020 üzrə əsas biliklər, xarici ticarət sənədləri üzrə anlayış • MS Office və Google Docs proqramları ilə işləmə bacarığı • CRM sistemləri ilə iş təcrübəsi üstünlükdür
Qeyd:
• İş rejimi: 5 günlük, 08:00-17:00 • Rəqabətədavamlı əmək haqqı: 1000-1100 AZN (net) • Nahar və korporativ nömrə şirkət tərəfindən təmin edilir • Koroğlu metro stansiyasından servis xidməti mövcuddur